Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin vəzifəli şəxsləri və komandirləri ilə görüşdə 7 azər 1359-cu il (m.28 noyabr 1978) ildönümü və düşmən BƏƏS rejiminə qarşı Peykan freqatının qəhrəmanlıq yaratması münasibətilə bu günün Dəniz Donanması Günü adlanmasını uca tutaraq, dəniz qüvvələrini müasir dünyada həyati və həlledici qüvvə adlanırıb, Hərbi Dəniz Qüvvələrində müxtəlif əməliyyat, kəşfiyyat, dəstək, quruculuq və innovasiya sahələrinin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Silahlı Qüvvələrin, xüsusən də Dəniz Donanmanın bütün fəaliyyətlərdə və planlaşdırmalarda istiqaməti döyüş hazırlığı və qabiliyyətinin artırılmasına yönəlməlidir.”
Ayətullah Xamenei döyüş gücünün artırılmasının düşmənin hücumunun qarşısının alınmasına səbəb olacağını bildirərək deyib: “Silahlı Qüvvələrin ən mühüm vəzifəsi hücumun qarşısını almaqdır. Ona görə də siz ölkənin əməl və döyüş gücünü İranın bədxahlarının gözü və müşahidəsi qarşısında elə yüksəltməlisiniz ki, əsl mənada onlar hiss etsinlər ki, istənilən qarşıdurma onlar üçün böyük xərclə nəticələnəcək.”
İslam İnqilabının Ali Rəhbəri dəniz missiyalarının davam etdirilməsini zəruri hesab edərək deyib: “Əvvəllər də deyildiyi kimi, 86-cı Donanmanın neçə ay çəkən missiyasını və onun təfərrüatlarını bədii dil və incəsənət vasitələri ilə ictimai rəyə çatdırmaq olar.”
Sizin rəyiniz